“Neftçi”də yeni kapitan

Xəbərlər
19 Oktyabr 2024 17:13
176
“Neftçi”də yeni kapitan

“Neftçi” bu gün növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, “ağ-qaralar” yeni baş məşqçisi Samir Abasovun postuna qayıdışından sonrakı ilk matçında “Səbail”lə görüşəcək.

Saat 18:00-da başlayacaq qarşılaşmaya “Neftçi”ni yeni kapitan çıxaracaq. Bu görüşdə kapitanlıq sarğısı qapıçı Rza Cəfərova tapşırılıb.

Qeyd edək ki, Roman Qriqorçukun baş məşqçiliyi dövründə əvvəl Emin Mahmudov, sonradan Ramil Şeydayev kapitan sarğısını daşıyıb. “Səbail”lə görüşdə Emin start heyətində yer alıbsa, Ramil ehtiyatda qalıb.

İdman.biz

Məqalədə: