Elmar Baxşıyev: "Layiqli qələbə qazandıq"

Xəbərlər
19 Oktyabr 2024 18:16
229
Elmar Baxşıyev: "Layiqli qələbə qazandıq"

"Billirdik ağır oyun olacaq. "Şamaxı" Premyer Liqada yeni olsa da, Ayxan Abbasov yaxşı, əzmkar komanda yaradıb"

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının X turunda "Şamaxı" üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib: "Komandam meydanda istədiyimi verməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq. Dinamika yaxşı idi. Hər iki tərəf əzmkarlıq göstərirdi, həm də bir-birinə hörmət edirdi. Ümumi hakimlik normal idi. Müdafiə sırf müdafiəçilərdən ibarət deyil. Ümumi müdafiə planında bəzi epizodlarda boşluqlar veririk. Bu da normaldır. Meza Kolli yaxşı keyfiyyətlərə malik futbolçudur. Onu iyun ayında gətirmək istəyirdik. Sadəcə belə alındı".

Qeyd edək ki, 10 oyundan sonra 20 xal toplayan "Araz-Naxçıvan" 2-ci pillədə qərarlaşıb.

İdman.biz