Coşqun oynayıb, komandası 3 xal qazanıb

Xəbərlər
19 Oktyabr 2024 19:10
49
Coşqun oynayıb, komandası 3 xal qazanıb

Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, onun formasını geyindiyi "Bandırmaspor" öz meydanında "Karagümrük"lə üz-üzə gəlib.

IX tur çərçivəsində keçirilən görüçün taleyini 1 qol həll edib. Birinci hissədə hesabı açan Bandırma təmsilçisi üstünlüyünü sonadək qoruyub. Start heyətində yer alan Coşqun 73-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu qələbədən sonra Diniyevin komandası 4-cü pilləyə yüksəlib. Son 4 oyunda uduzmayan "Bandırmaspor"ım hesabında 15 xal var.

İdman.biz

Məqalədə: