Şahin Diniyev: "Gərək taleyimizlə barışaq"

Xəbərlər
19 Oktyabr 2024 20:43
234
Şahin Diniyev: "Gərək taleyimizlə barışaq"

"İstədiyimiz futbolu oynaya bilmirdik. Oyun sistemində böyük problemlərimiz var idi. Kiçik komandayıq. 3 nəfərin olmaması, 4-cünün isə zədəli çıxması özünü göstərdi".

İdman.biz xəbər verir ki, "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının X turunda "Neftçi"yə 1:3 hesablı məğlubiyyəti şərh edib: "Şamaxı" ilə matçda oturuşmuş heyətimiz var idi. İtkilərimiz var idi deyə istədiyimiz oyunu göstərə bilmədik. Sanki futbolçular "Neftçi"nin adından qorxdular. Tam olaraq rəqibin üstünlüyü ilə keçən oyun oldu. İrəli baxmalıyıq. Qarşıda daha vacib oyunlarımız var. Demişdim ki, "Neftçi" bu heyətlə düşdüyü vəziyyətdən çıxacaq. Biz də gərək taleyimizlə barışaq. "Sumqayıt" və "Kəpəz"lə matçlar bizim üçün çox vacibdir. Yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq".

Diniyev heyətdəki çatışmazlıqlardan da danışıb: "Hakimin, büdcənin üstünə atmaq asandır. Əlində heyət varsa, oynamalısan. 19-20 yaşlı futbolçulara şans verdik. Birdən-birə 4 oyunçu olmayanda komanda öz gücünü göstərə bilmir. Kiçik komanda sözünü bu mənada dedim. Rotasiya üçün ehtiyat oyunçular skamyamız o qədər də zəngin deyil. Bu gün istədiyimiz oyunun heç 30-40 faizini oynaya bilmədik".

Qeyd edək ki, "Səbail" mövsümdə 7-ci dəfə uduzub.

İdman.biz