Samir Abasovun qələbə şərhi: "Görüləcək işlər çoxdur"

Xəbərlər
19 Oktyabr 2024 21:12
358
Samir Abasovun qələbə şərhi: "Görüləcək işlər çoxdur"

"Söz-söhbətləri biz də eşidirdik. Bura gələndə qruplaşmaların olması ilə rastlaşmadım".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının X turunda "Səbail"lə oyunda qazanılan 3:1 hesablı qələbəni şərh edib: "Nə qədər həyəcanlı olduğumu ifadə edə bilmərəm. Bilirəm ki, məndən, komandamdan, futbolçulardan gözləntilər nə qədərdir. Bütün təbriklər oyunçulara düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mümkünsüz bir şeydir. Görüləcək işlər çoxdur".

Samir Abasov kapitanlıqla bağlı fikrini bildirib. O, qərarının müvəqqəti olduğunu vurğulayıb: "Bir baş məşqçi olaraq bu futbolçuların əksəriyyətini tanımıram. Tanıdığım 2-3 futbolçu qalıb. Bu qərarım müvəqqətidir. Amma daimi də ola bilər. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar. Onlarla etdiyim söhbəti burada danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdir".

Qeyd edək ki, "Neftçi" mövsümdə ilk qələbəsini qazanıb.

İdman.biz