"Bodo-Qlimt" xal itirib

Xəbərlər
19 Oktyabr 2024 21:59
107
"Bodo-Qlimt" xal itirib

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Bodo-Qlimt" Norveç çempionatında xal itirib.

İdman.biz xəbər verir ki, Kyetil Knutsenin komandası 25-ci turda səfərdə "Tromse"nin qonağı olub.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Xal itkisinə baxmayaraq "Bodo-Qlimt" 54 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyicisini 8 xal qabaqlayır.

Qeyd edək ki, Avropa Liqasının 4-cü turunda baş tutacaq "Bodo-Qlimt" - "Qarabağ" matçı noyabrın 7-də Norveçdə keçiriləcək.

İdman.biz