"Arsenal"dan ilk məğlubiyyət, "Mançester Yunayted"dən geridönüş

Xəbərlər
19 Oktyabr 2024 22:39
68
"Arsenal"dan ilk məğlubiyyət, "Mançester Yunayted"dən geridönüş

Bu gün İngiltərə Premyer Liqasında 8-ci turun 7 görüşü keçirilib.

İdman.biz xəbər verir ki, "Arsenal" gözlənilmədən xal itirib.

"Topçular" səfərdə "Bornmut"a 0:2 hesabı ilə uduzublar. Birinci hissədə Salibanın qırmızı vərəqə alması "Arsenal"ı pis vəziyyətdə qoyub. Komanda mövsümdə ilə məğlubiyyətini alıb.

"Mançester Yunayted" əzmkar qələbə qazanıb. İlk hissədə "Brentford"a uduzan "qırmızı şeytanlar" fasilədən geridönüş edə biliblər.

İngiltərə Premyer Liqası
VIII tur
19 oktyabr

"Tottenhem" - "Vest Hem" - 4:1
​"Fulhem" - "Aston Villa" - 1:3
"İpsviç" - "Everton" - 0:2
"Mançester Yunayted" - "Brentford" - 2:1
"Nyukasl" - "Brayton" - 0:1
​"Soutgempton" - "Lester" - 2:3
"Bornmut" - "Arsenal" - 2:0

İdman.biz