Mahir Emreli Almaniya 2-ci Bundesliqasında qol hesabını açıb.
İdman.biz xəbər verir ki, "Nürnberq"in formasını geyinən azərbaycanlı futbolçu 9-cu turda fərqlənib.
Mahir "Qroyter Furt"la səfər matçının 13-cü dəqiqəsində əla zərbə ilə topu qapıdan keçirib.
Qeyd edək ki, oyunun 1-ci hissəsi davam edir və "Nürnberq" 3:0 hesabı ilə öndədir.
İdman.biz