Emreli qol vurub, sarı alıb və əvəzlənib

Xəbərlər
20 Oktyabr 2024 17:41
326
Emreli qol vurub, sarı alıb və əvəzlənib

Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında qələbə qazanıb.

İdman.biz xəbər verir ki, azərbaycanlı futbolçunun komandası səfərdə "Qroyter Furt"a qalib gəlib.

Yığmamızın hücumçusu 13-cü dəqiqədə baxımlı qolla hesabı açıb. Mahir qarşılaşmanın 56-cı dəqiqəsində sarı vərəqə alıb, 6 dəqiqə sonra əvəzlənib. Qarşılaşma "Nürnberq"in 4:0 qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ardıcıl 2 turda maksimum nəticə qazanan Emrelinin komandası 9-cu pillədə qərarlaşıb. "Nürnberq" növbəti turda öz meydanında "Regensburq"la qarşılaşacaq.

İdman.biz