"Ayaks" Bakıya qələbə ilə gəlir

Xəbərlər
20 Oktyabr 2024 18:34
134
"Ayaks" Bakıya qələbə ilə gəlir

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Ayaks" Bakıya səfər öncəsi qələbə qazanıb.

İdman.biz xəbər verir ki, Amsterdam təmsilçisi Erediviziyanın 9-cu turunda "Herakles"in qonağı olub.

Məhsuldar keçən qarşılaşmada qapılara 7 qol vurulub. "Ayaks" 4:3 hesabı ilə qalib gəlib. Ardıcıl 3-cü qələbəsini qazanan amsterdamlılar 16 xalla 3-cü pillədə qərarlaşıblar.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də Tofiq Bəhhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.

İdman.biz