Mahirdən qoluna reaksiya: "Karyeramın ən yaxşı qollarından birini vurdum"

Xəbərlər
20 Oktyabr 2024 19:28
95
Mahirdən qoluna reaksiya: "Karyeramın ən yaxşı qollarından birini vurdum"

"Bütün həftə ərzində psixoloji və taktiki cəhətdən bu oyuna hazırlaşmışdıq. Yan Reyxertə görə çox şadam, o, bu gün bir neçə vəziyyətdə komandanı qoldan xilas etdi".

İdman.biz xəbər verir ki, bunu "Nürnberq"də çıxış edən Mahir Emreli klubun rəsmi saytına açıqlamasında deyib.

Bu gün Almaniya 2-ci Bundesliqasında "Qroyter Furt"la oyunda hesabı açan Azərbaycan yığmasının üzvü karyerasının ən yaxşı qollarından birinə imza atdığını bildirib: "Uzaqdan zərbələr vurmağı sevirəm. Bəlkə də, karyeramın ən yaxşı qollarından biri alındı. Amma əsas odur ki, biz derbidə qalib gəldik. Bunadək bir neçə derbidə çıxış etmişdim. Belə oyunlar zamanı həmişə böyük həyəcan və yüksək emosiya olur".

Qeyd edək ki, "Nürnberq" Frankerderbidə "Qroyter Furt"a 4:0 hesabı ilə qalib gəlib.

İdman.biz