Krunoslav Renduliç: "Zirə" heç bir qol fürsəti yaratmadı"

Xəbərlər
20 Oktyabr 2024 20:43
46
Krunoslav Renduliç: "Zirə" heç bir qol fürsəti yaratmadı"

"Oyun haqda nə danışa bilərəm? Yaxşı başladıq, qol vurduq. Hər şey bizim nəzarətimiz altında idi".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Misli Premyer Liqasının 10-cu turunda "Zirə" ilə keçirilmiş oyunu şərh edib: "İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Qol fürsətimiz də oldu. İki-üç qol fürsətimiz var idi ki, daha yaxşı zərbələr endirsəydik, fərqi artıra bilərdik. Əfsuslar olsun ki, qoldan 2 dəqiqə öncə 3-4 ardıcıl səhvlər etdik və qol buraxdıq. Futboldur, fürsətləri istifadə etmirsizsə, qol görürsüz. Topla və topsuz oyuna nəzarət edə bilərsən. Əgər səmimi şəkildə desək, "Zirə" heç bir qol fürsəti yaratmadı. Amma bizim isə bir 100 faizli, 2-3 yarı qol fürsətlərimiz oldu ki, onlardan yararlanmalıydıq".

Qeyd edək ki, "Zirə" - "Sabah" matçı 1:1 hesabı ilə yekunlaşıb.

İdman.biz