Kurban Berdiyev: "Müdrik oynamağa başlamışıq"

Xəbərlər
20 Oktyabr 2024 22:47
149
Kurban Berdiyev: "Müdrik oynamağa başlamışıq"

"İki fərqli hissə izlədik. "Zirə" ilə ilk hissədə pis oynadıqsa, ikinci hissə əvəzetmələrdən sonra yaxşı oynamışdıq. Bu dəfə tam əksi oldu. Səbəbini axtaracağıq".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 10-cu turunda "Sumqayıt" üzərində qazanılan 4:2 hesablı qələbəni şərh edib: "Yalnız müdafiəni götürmək olmaz. Müdafiə bütün komanda deməkdir. Burada da problemlər var idi. Rəqib boşluqlar tapırdı. Buna görə əvəzetmələr etdik. Təəssüf ki, düşündüyümüzdən fərqli oldu. Ancaq "Zirə" ilə oyunda məhz bu oyunçular fərq yaradıb, xeyir vermişdilər. "Sumqayıt"la oynanan iki oyunu müqayisə etsək, indi daha müdrik oynamağa başlamışıq. Həm hücumda, həm də müdafiədə belədir. Tovuzda da, burada da ikinci hissənin əvvəlini uduzmuşduq".

Qeyd edək ki, "Turan Tovuz" 21 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

İdman.biz