Mövsümdə ilk, Premyer Liqada 30-cu

Xəbərlər
21 Oktyabr 2024 09:05
252
Mövsümdə ilk, Premyer Liqada 30-cu

Samir Abasov “Neftçi”nin baş məşqçisi postunda 30-cu çempionat qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, bu, Misli Premyer Liqasının X turuna təsadüf edib.

Paytaxt təmsilçisi öz meydanında “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib. Bu, Abasovun Bakı klubuna qayıdışından sonra ilk oyunu və komandanın mövsümdəki ilk qələbəsi olub. Onun “Neftçi”yə rəhbərlik etdiyi 2020-2022-ci illərdə “ağ-qaralar” Premyer Liqada 29 dəfə qalib gəlmişdi.

Qeyd edək ki, Bakı təmsilçisi mövsümün əvvəlki 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.

İdman.biz

Məqalədə: