“Turan Tovuz”dan REKORD

Xəbərlər
21 Oktyabr 2024 09:34
65
“Turan Tovuz”dan REKORD

“Turan Tovuz” Misli Premyer Liqası tarixində ilk dəfə səfərdə 4 qol vurub.

İdman.biz xəbər verir ki, bu, X turun “Sumqayıt”la matçına təsadüf edib.

Kurban Berdıyevin komandası rəqib meydanında 4:2 hesabı ilə qalib gəlib. Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz təmsilçisi bunadək səfərdə keçirdiyi 5 görüşdə üç qol vurub. Həmin rekord Sumqayıtda yenilənib.

“Turan Tovuz” tarixində 3-cü dəfə Premyer Liqa görüşündə 4 qol vurub. Əvvəlki iki belə matç evdə baş tutub. Qərb təmsilçisi 2022/23 mövsümündə “Neftçi”ni, ötən çempionatda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib.

İdman.biz