İFFHS ilin futbolçusu adına namizədləri açıqlayıb – nə Messi var, nə Ronaldo

Xəbərlər
21 Oktyabr 2024 12:17
100
İFFHS ilin futbolçusu adına namizədləri açıqlayıb – nə Messi var, nə Ronaldo

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı kişi və qadın futbolçusu adına namizədləri açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıların hərəsində 30 futbolçu yer alıb.

Kriştiano Ronaldo və Lionel Messi “30-luq”dan kənar qalıb. 2023-cü ildə mükafata sahib çıxan Erlinq Haland və Aytana Bonmati isə yenə namizədlər sırasındadır.

İlin ən yaxşı kişi futbolçusu adına namizədlər: Cud Bellinqem, Kilian Mbappe, Erlinq Haland, Fil Foden, Bukayo Saka, Camal Musiala, Florian Virts, Lamin Yamal, Rodri, Deklan Rays, Martin Edeqor, Harri Keyn, Koul Palmer, Uilyam Saliba, Ruben Dias, Niko Uilyams, Toni Kroos, Dani Olmo, Dani Karvaxal, Fabian Ruis, Kodi Qakpo, Vinisius Junior, Federiko Valverde, Rodriqo, Lautaro Martines, Hames Rodriges, Ademola Lukman, Viktor Osimhen, Akram Afif, Alfonso Devis.

İlin ən yaxşı qadın futbolçusu adına namizədlər: Barbra Banda, Tabita Çavinqa, Temva Çavinqa, Rayçel Kundananji,
Tarsian, Qabi Portilyo, Mayra Ramirez, Daniela Arias, Triniti Rodman, Malyori Suanson, Lindsey Horan, Xadija Şau, Sofia Smit, Lizbet Ovalye, Veronika Korral, Naomi Qirma, Kiko Seyke, Fuqa Naqano, Mari Fouler, Aytana Bonmati, Manuela Qiugliano, Qlodis Viqqosdottir, Mariona Kaldentey, Patrisiya Quiyarro, Karolin Qrehem Hansen, Salma Paralluelo, Giulia Quinn, Qreys Qeyoro, Aleksia Putellas, Eva Pajor.

Qeyd edək ki, ən yaxşılar İFFHS-in dünyanın bütün ölkələrindəki nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.

İdman.biz