Lionel Messi, İqor Akinfeyev və Maksim Medvedev

Xəbərlər
21 Oktyabr 2024 13:04
59
Lionel Messi, İqor Akinfeyev və Maksim Medvedev

Rusiyalı futbolçu İqor Akinfeyev eyni klubda keçirilən oyun sayında Lionel Messini arxada qoyub.

İdman.biz xəbər verir ki, təcrübəli qapıçı MOİK-in heyətində 779-cu matça çıxıb.

Bu, Mahaçqala “Dinamo”su ilə görüşə (1:0) təsadüf edib. Akinfeyev “Barselona”da 778 oyun keçirən Messini keçib.

Eyni klubda keçirilən matçların sayında rekord Rayan Qiqqzə məxsusdur. Uelsli yarımmüdafiəçi “Mançester Yunayted”də 963 qarşılaşmaya çıxıb.

Qeyd edək ki, Azərbaycan rekordçusu Maksim Medvedevdir. O, “Qarabağ”da ümumilikdə 552 oyunda iştirak edib.

İdman.biz