“Ayaks”ın Bakıya gətirməyəcəyi futbolçu: “Təəssüf”

Xəbərlər
21 Oktyabr 2024 13:45
200
“Ayaks”ın Bakıya gətirməyəcəyi futbolçu: “Təəssüf”

“Təəssüf ki, əvvəlki oyunlarda olduğu kimi “Qarabağ”la qarşılaşmada da komandadan ayrı qalacam”.

İdman.biz xəbər verir ki, bunu “Ayaks”ın futbolçusu Devi Klassen deyib.

31 yaşlı yarımmüdafiəçi Avropa Liqasının iştirak ərizəsinə daxil edilmədiyi üçün “Beşiktaş” və “Slaviya” ilə matçlardakı kimi “Qarabağ”a qarşı da oynaya bilməyəcək. Baş məşqçi Françesko Fariolinin Bakıya səfər etməsinə də ehtiyac duymadığı futbolçu Amsterdamda hazırlıq keçməli olduğunu bildirib: “İndi mən evdə qalmalı olacam. Komandamız “Qarabağ”la matçın ertəsi günü Bakıda məşq etməyəcək. Buna görə də səfərə getməyimə lüzum görmədik. Burada qalmalı və məşq etməliyəm”.

Qeyd edək ki, “İnter”dən “Ayaks”a qayıdan Klassenin keçidi sentyabrın ikinci yarısında gerçəkləşdiyi üçün Avropa Liqasına sifariş olunmayıb.

İdman.biz