Avropa və dünya çempionu məşqçiliyə başlayır

Xəbərlər
21 Oktyabr 2024 14:21
146
Avropa və dünya çempionu məşqçiliyə başlayır

Ötən ay karyerasını bitirdiyini elan edən ispaniyalı Andres İniyestanın böyük futboldan ayrılığı uzun çəkməyəcək.

İdman.biz xəbər verir ki, veteran futbolçu artıq məşqçiliyə başlamaq haqqında qərar verib.

O, Asiya Futbol Konfederasiyasının məşqçilik kurslarına yazılıb. Andresin təhsil prosesi Dubayda (BƏƏ) baş tutacaq. Kursun müddəti üç aydır.

Qeyd edək ki, İniyesta oktyabrın əvvəlində 22 illik peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Andresin çıxış etdiyi son klub BƏƏ-nin “Emirates” klubu olub.

İdman.biz

Məqalədə: