AFFA-dan iki məşqçiyə cəza

Xəbərlər
21 Oktyabr 2024 14:58
69
AFFA-dan iki məşqçiyə cəza

AFFA-nın İntizam Komitəsi qurumun keçirdiyi liqalarda çalışan iki məşqçini cəzalandırıb.

İdman.biz xəbər verir ki, buna çalışdırıcıların davranışları səbəb olub.

Gənclər Liqasında keçirilən “Dinamo” – “Sabah” oyununda meydan sahiblərinin köməkçi məşqçisi Qüdrət Ələsgərov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alıb. AFFA qarşılaşmanın 45-ci dəqiqəsində edilən bu hərəkətə görə məşqçini 2 oyunluq cəzalandırıb.

U-14 Liqasında keçirilən “Sumqayıt City” – “Uğur” matçında isə nominal qonaqların çalışdırıcısı cəza alıb. Komandanın məşqçisi Rəşid Ağazadə hakimə kobud şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. İntizam Komitəsi onu da 2 matçlıq diskvalifikasiya edib.

İdman.biz

Məqalədə: