“Borussiya”dan qeyri-adi addım

Xəbərlər
21 Oktyabr 2024 16:01
193
“Borussiya”dan qeyri-adi addım

Çempionlar Liqasında “Real”la qarşılaşacaq Dortmund “Borussiya”sı Madriddə məşq etməyəcək.

İdman.biz xəbər verir ki, bu qeyri-adi addım Almaniya klubunun baş məşqçisi Nuri Şahinin istəyi ilə atılıb.

O, hazırlıq prosesinin rəqib tərəfindən izlənilməsindən ehtiyatlanır. Bu üzdən Bundesliqa təmsilçisi son məşqini Almaniyada gerçəkləşdirəcək. “Borussiya” öz bazasında məşq etdikdən sonra İspaniyaya yola düşəcək.

Qeyd edək ki, sabah keçiriləcək “Real” – “Borussiya” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz

Məqalədə: