“Qarabağ” – “Ayaks”: Favorit kimdir?

Xəbərlər
21 Oktyabr 2024 16:16
252
“Qarabağ” – “Ayaks”: Favorit kimdir?

Avropa Liqasının “Qarabağ” – “Ayaks” oyununun nəticəsi ilə bağlı sorğu keçirilir.

İdman.biz xəbər verir ki, Liqa mərhələsinin III turunun Bakıdakı matçının favoriti ilə bağlı səsvermə UEFA-nın rəsmi saytına yerləşdirilib.

Azarkeşlərin qatıldığı sorğuda “Qarabağ” bu matçın favoriti hesab olunur. Onların 67 faizi Azərbaycan çempionunun qələbəsinə inanır. Niderland klubunun qalib gələcəyinə səs verənlər isə 27 faiz təşkil edir. Heç-heçə variantına isə 6 faiz üstünlük verib.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – “Ayaks” matçı saat 20:45-də başlayacaq.

İdman.biz

Məqalədə: