"İnter"in prezidenti futbolçuların tərəfində

Xəbərlər
21 Oktyabr 2024 19:22
220
"İnter"in prezidenti futbolçuların tərəfində

"İnter"in prezidenti Cüzeppe Marotta da təqvim sıxlığından gileylənib.

İdman.biz xəbər verir ki, o, oyun sayının azaldılmasının vacibliyini deyib.

Milan klubunun rəhbəri futbolçuların fiziki gərginlik üzündən çoxsaylı zədələrə məruz qaldıqlarını bildirib: "Hər şeydən əvvəl futbolçuların fiziki gəginlikdən əziyyət çəkdiklərini söyləmək lazımdır. Bu həm də çoxsaylı zədələrlə müşayiət olunur. Bununla yüksək səviyyədə hazırlıq keçmək çox çətindir. Biz stol ətrafına toplanmalı və təqvimi daha yumşaltmalıyıq. Oyun sayı azaldılsa, futbol daha rəngarəng və sürətli olacaq".

Qeyd edək, artıq bir çox futbolçular bununla bağlı şikayət edib, hətta tətil təklifi irəli sürən oyunçular da var.

İdman.biz