"Qarabağ"ın 2 əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb - FOTO

Xəbərlər
21 Oktyabr 2024 17:54
189
"Qarabağ"ın 2 əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb - FOTO

"Qarabağ"ın iki əməkdaşı – akamideya meneceri Nail Kərimov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alıb.

İdman.biz xəbər verir ki, Kərimov Futbol Menecmenti proqramını, Hacıyev isə İdman Biznesi (Marketinq və sponsorluq) proqramını tamamlayaraq magistr diploma sahib çıxıblar.

2023-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.

Qeyd edək ki, klubun tərəşdaşı olan “Johan Cruyff” Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.

İdman.biz

Məqalədə: