Azərbaycan və Qazaxıstan Futbol Federasiyaları arasında mübadilə proqramı

Xəbərlər
21 Oktyabr 2024 21:52
51
Azərbaycan və Qazaxıstan Futbol Federasiyaları arasında mübadilə proqramı

UEFA-nın dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qazaxıstan Futbol Federasiyasının (QFF) Lisenziyalaşdırma Departamentinin əməkdaşları arasında mübadilə proqramı həyata keçirilib.

İdman.biz xəbər verir ki, AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Proqram iştirakçıları arasında UEFA-nın lisenziyalaşdırma üzrə mütəxəssisi Anna Polatovska da var idi. Birinci hissəsi Bakıda baş tutan proqram çərçivəsində QFF-dən olan əməkdaşlar yerli lisenziyalaşdırma sistemi və əsas proses barədə məlumatlandırılıb. Bundan əlavə, departamentin ekspertləri qonaqlarla təkbətək görüşlər keçirərək meyarlar üzrə fikir və təcrübələrini paylaşıblar.

Qeyd edək ki, proqrama uyğun olaraq növbəti görüşün Qazaxıstanda keçirilməsi planlaşdırılıb.

İdman.biz