PSJ-nin ən yaxşıları açıqlanıb - Messi “20-liy”ə də düşməyib

Xəbərlər
22 Oktyabr 2024 12:32
207
PSJ-nin ən yaxşıları açıqlanıb - Messi “20-liy”ə də düşməyib

PSJ-nin XXI əsrdə ən yaxşı futbolçularının siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, “goal.com”un tərtib etdiyi siyahıya fransalı hücumçu Kilian Mbappe başçılıq edir.

Onu isveçli forvard Zlatan İbrahimoviç izləyir. “Üçlüy”ü isə braziliyalı Neymar qapayır.

2021-2023-cü illərdə PSJ-nin heyətində oynayan argentinalı hücumçu Lionel Messi ilk “onluğ”a düşməyib. Ulduz futbolçu 23-cü yerə layiq görülüb.

PSJ-nin XXI əsrdə “10-luğ”ü
Kilian Mbappe (Fransa)
Zlatan İbrahimoviç (İsveç)
Neymar (Braziliya)
Edinson Kavani (Uruqvay)
Tiaqo Silva (Braziliya)
Markinos (Braziliya)
Pedro Pauleta (Portuqaliya)
Marko Verratti (İtaliya)
Anxel di Mariya (Argentina)
Blez Matyuidi (Fransa)

İdman.biz