Məhsuldar “qocalar”

Xəbərlər
22 Oktyabr 2024 11:06
67
Məhsuldar “qocalar”

30 yaşdan sonra ən çox qol vuran futbolçular bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS yubileyini qeyd edəndən sonra ən azı 250 qol vuranların siyahısını açıqlayıb.

Ötən cədvəllə müqayisədə lider dəyişib. 30 yaşını tamamladıqdan sonra 444-cü qolunu vuran Kriştiano Ronaldo zirvəni ələ keçirib. O, braziliyalı Romarionu ikinci sıraya göndərib. Ümumilikdə 9 futbolçu bu yaşdan sonra 250 və daha çox top vurub. Amma onlardan birinin qolları aşağı reytinqli turnirlərdə vurulduğundan sıralamadan kənar qeyd olunub.

Qeyd edək ki, eyni sayda qol vuranlar millidəki göstəriciyə əsasən fərqləndirilib.

1. Kriştiano Ronaldo - 444
2. Romario – 441
3. Aleksandar Duriç – 430
4. Zlatan İbrahimoviç – 341
5. Robert Levndovski – 291
6. Lionel Messi - 284
-. Alf Kvill – 271
7. Alfredo di Stefano - 265
8. Yozef Biscan - 265

İdman.biz

Məqalədə: