Arda Güler ən yaxşı gənc futbolçu adına namizədlər sırasında

Xəbərlər
22 Oktyabr 2024 13:33
65
Arda Güler ən yaxşı gənc futbolçu adına namizədlər sırasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı gənc futbolçusu adına namizədləri açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıya 2004-cü ilin noyabrından sonra anadan olan futbolçular daxil edilib.

Oğlanların siyahısında 25 futbolçu yer alıb. Türkiyə millisinin oyunçusu Arda Güler də ilin ən yaxşısı olmağa namizəddir. Ən yaxşı qız futbolçu adına isə 30 iddiaçı var.

Ən yaxşı gənc oğlan futbolçu adına namizədlər: Lamin Yamal, Qavi, Uorren Zaïr-Emeri, Joao Neveş, Leni Yoro, Kobbi Maynu, Aleksandar Pavloviç, Arda Güler, Evan Ferqyuson, Desire Doue, Matiys Tel, Riko Lyuis, Samu Omorodion, Ceymi Qittens, Romeo Lavia, Pau Cubarsi, Endrik, Alexandro Qarnaço, Savinyo, Estevao, Vitor Roke, Kaleb Uili, Abdukodir Xusanov, Bilal El-Xannous, Yankuba Minte.

Ən yaxşı gənc qız futbolçu adına namizədlər: Linda Kaysedo, Alin Qomes, Prissila, Dudinya, Jadin Şau, Olivia Smit, Elli Sentnor, Elis Soto, Annabel Çukvu, Olivia Moultrye, Gisel Tompson, Alissa Tompson, Lili Yohannes, Vikke Lopez, Mara Alber, Siqne Qaupset, Femke Liftinq, Vikke Kapsteyn, Culia Draqoni, Ellen Vanqerheym, Momoko Tanikava, Aoba Fujino, Çoe İl Son, Maya Hijikata, Daniela Qaliç, Milli Kleq, Klara Luvanqa, Hapsatou Diallo, Çiamaka Okvuçukvu, Monik Nqok.

İdman.biz

Məqalədə: