Kamal Umudlu UEFA Gənclər Liqasının oyununda

Xəbərlər
22 Oktyabr 2024 14:34
48
Kamal Umudlu UEFA Gənclər Liqasının oyununda

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boyz” (İsveçrə) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Patrik Şvengers yerinə yetirəcək.

Noyabrın 6-da Gelzenkirxen şəhərində yerləşən “Parkstadion”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

İdman.biz