Raydel Pupondan “Qarabağ” – “Ayaks” oyununa PROQNOZ

Xəbərlər
22 Oktyabr 2024 17:54
59
Raydel Pupondan “Qarabağ” – “Ayaks” oyununa PROQNOZ

“Əlbəttə ki, “Qarabağ”a yuxarıdan aşağı baxmaq olmaz”.

İdman.biz xəbər verir ki, bunu “Ayaks” və “Qarabağ”ın sabiq futbolçusu Raydel Pupon deyib.

37 yaşlı sabiq hücumçu Avropa Liqasının “Qarabağ” – “Ayaks” matçı ərəfəsindəki müsahibəsində proqnoz verib: “Mən onların “Bayer”lə son oyunlarını görmüşəm. “Bayer” həmin görüşlərdə favorit idi. “Qarabağ” “Malmö” ilə görüşdə hesabı açsa da, sonda uduzdu. Bütün bunlar çox şeydən xəbər verir. Yəqin ki, onlar böyük komandalara daha çox motivasiya olurlar. “Ayaks”a da böyük komanda kimi yanaşacaqlar. Oyundan gözləntim “Ayaks”ın 2:0 hesablı qələbəsidir”.

Pupon peşəkar karyerasını bitirsə də, hələ də futbol oynadığını bildirib: “Həvəskarlardan ibarət DVS komandasında oynayıram. Amma eyni zamanda səhiyyə sahəsində çalışıram. Psixoloji yardım, həmçinin əlillərə və uşaqlara qulluq sahələrində çalışıram. Bu, indiki yerim, indiki işimdir”.

Qeyd edək ki, 2015/16 mövsümündə “Qarabağ”da oynayan Pupon ilk peşəkar komandası olan “Ayaks”da 2 il keçirsə də, 2004-06-cı illərdə əsas heyətdə şans qazanmayıb.

İdman.biz