Azərbaycan çempionu Bazellə üz-üzə

Xəbərlər
23 Oktyabr 2024 10:56
48
Azərbaycan çempionu Bazellə üz-üzə

19 yaşadək futbolçular arasında Azərbaycan çempionu “Sabah” avrokuboklarda mübarizəyə başlayır.

İdman.biz xəbər verir ki, Bakı klubu UEFA Gənclər Liqasında ikinci mərhələnin ilk oyununa çıxacaq.

Xorvatiyalı baş məşqçi Adino Mustedanagiçin yetirmələri “Bazel”lə qarşılaşacaq. Təmsilçimiz avrokubok debütünü İsveçrədə gerçəkləşdirəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı noyabrın 6-da Bakıda baş tutacaq.

Gənclər Liqası
II mərhələ, ilk oyun
23 oktyabr
21:00. “Bazel” (İsveçrə) – “Sabah”
Baş hakim:
Patrik Kolariç (Xorvatiya)
Sent Yakob-Park stadionu

İdman.biz