Azərbaycan kubokunda oyun cədvəli açıqlanıb

Xəbərlər
23 Oktyabr 2024 11:14
50
Azərbaycan kubokunda oyun cədvəli açıqlanıb

Azərbaycan kubokunda II təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.

İdman.biz xəbər verir ki, bu raundda 11 matç baş tutacaq.

2-ci təsnifat mərhələsində iştirak edən II Liqa klublarının (“Ağdaş”, “Şahdağ Qusar”, “Dinamo”) ev görüşlərini keçirdiyi stadionlar Misli Premyer Liqasında çıxış edən komandaları qəbul etmək tələblərinə cavab vermədiyi üçün tərəflərin razılığı ilə oyunların yeri dəyişdirilib. Matçlar Premyer Liqa klublarının stadionunda keçiriləcək.

İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq “İmişli” – “Cəbrayıl” oyunu Şamaxı OİK stadionunda baş tutacaq.

Mərhələnin 2 oyunu “CBC Sport” telekanalı vasitəsilə, digərləri isə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.

Azərbaycan kuboku
II təsnifat mərhələsi
28 oktyabr (bazar ertəsi)


“Turan Tovuz” – “Hypers Guba”
Tovuz şəhər stadionu, 20:00 (CBC Sport / canlı)

29 oktyabr (çərşənbə axşamı)

MOİK – “Şimal”
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00

“Şahdağ Qusar” – “Araz-Naxçıvan”
“Liv Bona Dea Arena”, 16:00

“Ağdaş” – “Kəpəz”
Tovuz şəhər stadionu, 16:00

“Dinamo” – “Səbail”
“ASCO Arena”, 18:00

30 oktyabr (çərşənbə)

“Şamaxı” – “Şəmkir”
Şamaxı şəhər stadionu, 14:00

“Mingəçevir” – “Zaqatala”
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00

“Qaradağ Lökbatan” – “Karvan”
Lökbatan OİK stadionu, 14:00

“Şəfa” – “Difai”
“ASK Arena”, 15:00

31 oktyabr (cümə axşamı)

“İmişli” – “Cəbrayıl”
Şamaxı OİK stadionu, 14:00

“Qəbələ” – “Baku Sportinq”
Qəbələ şəhər stadionu, 15:00 (CBC Sport / canlı)

İdman.biz