“Qarabağ”a texniki məğlubiyyət verilib - LİMİTİ POZUB

Xəbərlər
23 Oktyabr 2024 12:27
322
“Qarabağ”a texniki məğlubiyyət verilib - LİMİTİ POZUB

Əvəzedicilər liqasında X turun iki oyununun nəticəsi ləğv edilib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

“Kəpəz-2” – “Qarabağ-2” oyununda Ağdam təmsilçisi futbolçu limitinini pozub. Buna görə “Qarabağ”ın ikinci komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.

“Sumqayıt-2” – “Turan Tovuz-2” matçında isə meydan sahibləri legioner limitini pozub. Bu üzdən “Sumqayıt”ın ikinci komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimələnib.

İdman.biz