Azərbaycan çempionatında üç məşqçi cəzalanıb

Xəbərlər
23 Oktyabr 2024 12:50
44
Azərbaycan çempionatında üç məşqçi cəzalanıb

AFFA üç komandanın məşqçisini cəzalandırıb.

İdman.biz xəbər verir ki, buna çalışdırıcıların liqaların oyunlarındakı hərəkətləri səbəb olub.

U-15 Liqasında keçirilən “Zirə” – “Kəpəz” matçında qonaqların məşqçisi İlqar Hüseynov köməkçi hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. İntizam Komitəsi onu 5 oyunluq diskvalifikasiya edib.

“Vətən” İOEUGFMPHŞ – “Sumqayıt” matçında qonaqların məşqçisi Ruslan Poladov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. O, 1 oyun cəzalandırılıb.

U-10 Liqasında keçirilən “Ahmedoğlu” – “Muğan” görüşündə nominal meydan sahiblərinin köməkçi məşqçisi Şəhruz Salmanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, texniki zonadan uzaqlaşdırıldıqdan sonra da hakimi təhqir və hədə-qorxu gəlməyə davam etdiyinə görə 5 oyun cəzalandırılıb.

İdman.biz