Marko Yankoviç: “İstənilən komandaya qarşı oynaya bilərik”

Xəbərlər
23 Oktyabr 2024 14:02
53
Marko Yankoviç: “İstənilən komandaya qarşı oynaya bilərik”

"Önəmli olan yaxşı futbol nümayiş etdirməkdir".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Ayaks”la (Niderland) keçiriləcək matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.

Yarımmüdafiəçi bildirib ki, komanda sabahkı oyuna yüksək motivasiya ilə çıxacaq: "Bizim üstünlüyümüz ondadır ki, böyük komandalara qarşı oynamışıq. Keçmişdə oynadığımız matçlar onu göstərir ki, istənilən komandaya qarşı oynaya bilərik. Nəticədən asılı olmayaraq, əsas odur ki, biz yaxşı oyun nümayiş etdirə bilək".

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək “Qarabağ” – “Ayaks” matçı saat 20:45-də başlayacaq.

Aytac Sahəd
İdman.biz