Qurban Qurbanov: "Şahruddinin qayıtması rəqabəti artıracaq"

Xəbərlər
23 Oktyabr 2024 14:10
171
Qurban Qurbanov: "Şahruddinin qayıtması rəqabəti artıracaq"

"Şahruddinin sağlam olaraq qayıtması rəqabəti artıracaq".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Ayaks”la (Niderland) keçiriləcək matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, hazırda onu qapıçı məsələsi narahat etmir: “Mənim üçün önəmli olan futbolçunun məsuliyyətidir. Hər iki qapıçının potensialı böyükdür. Ola bilər ki, hələ komandaya tam uyğunlaşa bilməyiblər. Mental olaraq hazır olmaya bilərlər. Biz bu gün Polşa, Portuqaliya çempionatından geridə ola bilərik. Ola bilər ki, onların liqalarında məsuliyyət üzərlərində olmayıb. Bizim tələblərimiz başqadır. Əgər bu gün olmasa belə, sabah onların oyunu yaxşı ola bilər. Əlbəttə ki, Şahruddinin sağlam olaraq qayıtması rəqabəti artıracaq. İstənilən halda, mən qapıçılarıma güvənirəm".

Qeyd edək ki, “Qarabağ” “Ayaks”la oktyabrın 24-də oynayacaq.

Aytac Sahəd
İdman.biz