Rusiyalı ekspert “Qarabağ”dan qol gözləyir

Xəbərlər
23 Oktyabr 2024 15:54
150
Rusiyalı ekspert “Qarabağ”dan qol gözləyir

Azərbaycan çempionu “Qarabağ” sabah Avropa Liqasının Liqa mərhələsinin III turunda “Ayaks”ı qəbul edəcək.

İdman.biz xəbər verir ki, Rusiyanın tanınmış “liveresult” portalı qarşılaşma ilə bağlı təxminini açıqlayıb.

Şimallılar Niderland klubunu görüşün favoriti hesab edirlər. Portalın futbol eksperti Kirill Zakatçenko Tofiq Bəhramov adına Respublika stadionunda hər iki komandadan qol gözləyir: “Hesab edirəm ki, hər iki komandanın ifasında qol görəcəyik. Digər tərəfdən mənə elə gəlir ki, meydan sahibləri bu rəqiblə bacarmayacaq. “Qarabağ” ardıcıl üçüncü məğlubiyyətini alacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” görüşü saat 20:45-də başlayacaq.

İdman.biz