Daniele Ruqani: “Qarabağ” taktiki cəhətdən yaxşı formadadır”

Xəbərlər
23 Oktyabr 2024 18:15
154
Daniele Ruqani: “Qarabağ” taktiki cəhətdən yaxşı formadadır”

"Qarabağ" təhlükəli komandadır".

İdman.biz xəbər verir ki, bu sözləri "Ayaks"ın futbolçusu Daniele Ruqani UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Qarabağ"la keçiriləcək matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan çempionu taktiki və texniki cəhətdən yaxşı formadadır: “Baş məşqçimizin də bildirdiyi kimi, rəqib barədə kifayət qədər məlumat toplamışıq. Bu oyunda qalib gəlməyə çalışacağıq".

Qeyd edək ki, görüş sabah Bakıda olacaq.

Aytac Sahəd
İdman.biz