Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.
İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsində III turun matçını keçirib.
Təmsilçimiz “Ayaks”la üz-üzə gəlib. Niderland klubu ilə görüş Tofiiq Bəhramov adına Respublika stadionunda baş tutib. İlk iki oyunda uduzan “Qarabağ” uğursuz seriyanı qıra bilməyib. Oyunun 15-ci dəqiqəsində Julio Romaonun qırmızı vərəqə alması komandanı çətin vəziyyətdə qoyub. Bundan sonra üstünlüyə yiyələnən qonaqlar 3 cavabsız qol vurublar.
Qeyd edək ki, bunadək “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 hesabı ilə uduzan Ağdam klubu növbəti matçını noyabrın 7-də keçirəcək. “Qarabağ” səfərdə “Bodo Qlimt”lə qarşılaşacaq.
Avropa Liqası
Liqa mərhələsi
III tur
24 oktyabr
20:45. “Qarabağ” – “Ayaks” - 0:3
Qollar: Kennet Teylor, 36. Vaut Veqorst, 74 (pen.). Çuba Akpom, 77
Qırmızı vərəqə: Julio Romao, 15. Elvin Cəfərquliyev, 79
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
"Qarabağ": 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov (l), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Baş məşqçi: Qurban Qurbanov
"Ayaks": 22. Remko Pasveer, 4. Yorrel Hato, 37. Josip Sutalo, 24. Daniele Ruqani, 2. Devine Renş, 8. Kennet Teylor, 8. Cordan Henderson (k), 28. Kian Fits-Cim, 11. Mika Qodts, 29. Kristian Rasmussen, 25. Vaut Veqorst
Baş məşqçi: Françesko Farioli
Tofiq Bəhramov adına Respublika stadionu
İdman.biz