FİFA reytinqi: Azərbaycan 5 pillə geriləyib

Xəbərlər
24 Oktyabr 2024 12:18
51
FİFA reytinqi: Azərbaycan 5 pillə geriləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması 1161,80 xalla dünyada 118-cidir.

Fernandu Santuşun yetirmələri ötən ayla müqayisədə 5 pillə geriləyib. Buna yığmamızın Millətlər Liqasındakı məğlubiyyətləri səbəb olub. Komandamız Estoniyaya səfərdə, Slovakiyaya evdə eyni – 1:3 hesabı ilə uduzub. Bu da ötən siyahıda 1173,15 xalla 113-cü olan millinin geriləməsi ilə nəticələnib.

Qeyd edək ki, cədvələ 1883,50 xala malik Argentina başçılıq edir.

İdman.biz

Məqalədə: