Millimizdən son bir ilin antirekordu – yenə oktyabr

Xəbərlər
24 Oktyabr 2024 12:46
44
Millimizdən son bir ilin antirekordu – yenə oktyabr

Azərbaycan millisi son bir ilin antirekorduna imza atıb.

İdman.biz xəbər verir ki, Fernandu Santuşun yetirmələri FİFA reytinqində son 12 ayda ilk dəfə 118-ci pilləyə qədər yuvarlanıb.

Komandamız bu gün açıqlanan siyahıda 5 pillə geriləməklə bu uğursuzluğu yaşayıb. Millimiz sonuncu dəfə belə aşağı sıralara ötən ilin oktyabrında yer alıb. Həmin vaxt yığmamız indikindən də pis mövqedə - 120-ci sırada qərarlaşıb. Sonrakı il ərzində açıqlanan 8 cədvəldə isə yığmamız 111-114-cü yerlə aralığında var-gəl edib.

2023-cü il
Oktyabr - 120
Noyabr - 114
Dekabr – 114
2024-cü il
Fevral - 113
Mart - 113
Aprel - 112
İyun - 111
İyul - 111
Sentyabr – 113
Oktyabr – 118

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: