Dünyanın ən yaxşı pleymeykeri kimdir? – Namizədlər

Xəbərlər
24 Oktyabr 2024 14:46
71
Dünyanın ən yaxşı pleymeykeri kimdir? – Namizədlər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin mükafatlarına namizədləri açıqlamaqda davam edir.

İdman.biz xəbər verir ki, qurum pleymeyker mükafatlarına iddiaçıları da təqdim edib.

Ən yaxşı kişi pleymeyker adına 15 futbolçu namizəddir. Onlar arasında Lionel Messi də yer alıb. Kevin de Bruyne, həmçinin Hakan Çalhanoğlu və İlkay Gündoğan da namizədlər sırasındadırlar: Kevin De Bruyne, Bruno Fernandes, Hakan Çalhanoğlu, Camal Musiala, Martin Edeqor, Cud Bellinqem, Toni Kroos, Dani Olmo, Florian Virts, İlkay Gündoğan, Lionel Messi, Xames Rodríges, Yunus Musa, Mohammed Kudus, Li Kanq İn.

Qadın futbolçular arasında ən yaxşı pleymeyker adına 10 oyunçu iddia edir: Aytana Bonmati, Lindsey Horan, Qreys Qeyoro, Lauren Ceyms, Manuela Qiuqliano, Mariona Kaldentey, Alekseia Putellas, Leysi Santos, Yui Haseqava, Petri Quiyarro.

Qeyd edək ki, ən yaxşılar İFFHS-in ölkələrdəki nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.

İdman.biz

Məqalədə: