Fitnes məşqçiləri üçün UEFA B kursu - FOTO

Xəbərlər
24 Oktyabr 2024 13:27
52
Fitnes məşqçiləri üçün UEFA B kursu - FOTO

AFFA-nın təşkilatçılığı ilə UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun II mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, üç gün çəkən məşğələlərə UEFA təlimatçısı Fritz Schmid və yerli təlimatçılar Aslan Kərimovla Osman Rəhimov rəhbərlik ediblər.

Tədbirin son günündə “ASK Arena”da praktiki məşq olub.

Qeyd edək ki, məşqçilik kursunun növbəti mərhələləri dekabr və yanvar aylarında təşkil olunacaq.

İdman.biz

Məqalədə: