“Real”in zədələnən vingerinin durumuna aydınlıq gəlib

Xəbərlər
24 Oktyabr 2024 17:20
111
“Real”in zədələnən vingerinin durumuna aydınlıq gəlib

“Real”ın zədəli futbolçusu Rodriqonun durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, braziliyalı vinger 20 günə yaxın meydanlardan kənar qalacaq.

O, Çempionlar Liqasının III turunun Dortmund “Borussiya”sı ilə matçında (5:2) xəsarət alıb. Sağ ayağından zədələnən futbolçunun vəziyyəti müayinəsindən sonra dəqiqləşib.

Qeyd edək ki, Rodriqo bu müddətdə “Barselona” ilə matçı da buraxmalı olacaq.

İdman.biz

Məqalədə: