Millimiz Portuqaliyaya 3 top fərqilə uduzub - VİDEO

Xəbərlər
25 Oktyabr 2024 17:57
206
Millimiz Portuqaliyaya 3 top fərqilə uduzub - VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Avropa çempionatının pley-off mərhələsində ilk matçına çıxıb.

Siyasət Əsgərovun yetirmələri Portuqaliya komandası ilə üz-üzə gəliblər. Rəqib görüşün taleyini ilk hissədə həll edib. Qonaqlar fasiləyə 3 top öndə yollanıblar.

İkinci hissədə komandalar hərəyə 1 dəfə fərqləniblər. Yekunda yığmamız 1:4 hesablı məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya ilə cavab oyununu oktyabrın 29-da səfərdə keçirəcək.

Avropa çempionatı
Pley-off mərhələsi, ilk oyun
25 oktyabr
16:00. Azərbaycan – Portuqaliya - 1:4
Qollar:
Parlak, 58 - Kapeta, 5, Pinto, 10, Qomes, 26, Silva, 89

Baş hakim: Fabienna Mihel (Almaniya)
Azərbaycan: Aytac Şərifova, Alina Dorofeyeva, Nigar Mirzəliyeva, Jalə Mənsimova, Diana Məmmədova, Mana Mollayeva, Nazlıcan Parlak, Eliz Açar, Peritan Bozdak, Kristina Bakarandze, Sevinc Cəfərzadə (k)
Portuqaliya: İnyes Pereyra, Ana Borges (k), Katarina Amado, Diana Qomes, Joana Marçao, Andreya Yasinto, Tatyana Pinto, Nazaret, Telma Ençarnaçao, Ana Kapeta, Karola Kosta
Liv Bona Dea Arena

İdman.biz