“Ayaks”ın hücumçusu: “Mən də qol vurmaq istəyərdim”

Xəbərlər
25 Oktyabr 2024 11:25
137
“Ayaks”ın hücumçusu: “Mən də qol vurmaq istəyərdim”

“Qarabağ”la oyunun hesab yaxşıdır”.

İdman.biz xəbər verir ki, bunu “Ayaks”ın futbolçusu Mika Qodts deyib.

19 yaşlı belçikalı hücumçu Avropa Liqasının “Qarabağ”la görüşündə assistə imza atıb. Mika Niderland mətbuatına açıqlamasında qarşılaşmadan məmnun ayrıldığını bildirib: “Amma ilk yarıda biz çox imkan qaçırdıq. Xüsusilə də qırmızı vərəqədən sonra. Biz qarşılaşmanı ikinci hissədəki oyunumuzla çox gözəl başa vurduq. Ümumilikdə yaxşı oyun alındı. Lakin görüşün axarına daha da yaxşı nəzarət edə bilərdik. 1:0 hesabı ilə öndə olduğumuz vaxt topla irəliləyib Vauta ötürmə verdim. Onun da ötürmə verdiyi, yoxsa zərbə vurduğunu dəqiq bilmədim. Amma Veqhorst hücumçudur və yəqin ki, hücumu zərbə ilə tamamlayıb. O, bu görüşü yaxşı keçirdi. Üçüncü qolumuzu vuran Çuba Akpona görə sevinirəm. Onunla əla münasibətlərimiz var. Onun hara hərəkət etdiyini bildiyim üçün ötürməm yaxşı alındı. Mən də qol vurmaq istəyərdim. Amma qələbədə pay sahibi olmaq da xoşdur. Hamı da məndən bunu gözləyir. Mən də bunun üçün əlimdən gələni edirəm”.

Qeyd edək ki, Bakıdakı görüşdə “Ayaks” 3:0 hesablı qələbə qazanıb.

İdman.biz