Vaut Veqhorst: “Buna son qoymaq lazımdır”

Xəbərlər
25 Oktyabr 2024 11:44
39
Vaut Veqhorst: “Buna son qoymaq lazımdır”

“Ümid edirəm ki, artıq tam hazıram. Hücumçu üçün qol vurmaqdan yaxşı heç nə yoxdur”.

İdman.biz xəbər verir ki, bunu “Ayaks”ın hücumçusu Vaut Veqhorst deyib.

Niderlandlı futbolçu Avropa Liqasının “Qarabağ”la oyununda qol vurması və komandadakı rəqabətdən danışıb: “Artıq ardıcıl üç matçdır qol vururam. Bu da mənə özünəinam verir. Qolları sıralamaq və məşqçiyə lazım olduğumu sübut etməliyəm. Hücum xəttimizdəki rəqabəti normal qarşılayıram. Amma bunun belə müzakirə olunmasını başa düşə bilmirəm. Eyni sualları təkrar-təkrar verməyə son qoymaq lazımdır”.

Qeyd edək ki, Vaut komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçda ikinci qolun müəllifi olub.

İdman.biz

Məqalədə: