Portuqaliyalı futbolçu: “Biz də Azərbaycanın yerində olmuşuq...”

Xəbərlər
25 Oktyabr 2024 12:00
33
Portuqaliyalı futbolçu: “Biz də Azərbaycanın yerində olmuşuq...”

"Bu matça da hər oyuna olduğu kimi hazırlaşmışıq”.

İdman.biz xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Anna Borgeş deyib.

Bu gün AVRO-2025-in pley-off mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq prineylilərin 34 yaşlı oyunçusu qarşılaşmadan gözləntilərini açıqlayıb: “Qələbə məsuliyyətini üzərimizə götürürük. Biz də nə vaxtsa Azərbaycanın yerində olmuşuq və bilirik ki, onlar hazırda olduqları yerə layiqdirlər. Amma öz futbolumuzu tətbiq edib qələbə qazanmaq istəyirik. Bilirik ki, Azərbaycan millisində yaxşı oyunçular var və bir-birilərinə sonuna qədər dəstək olurlar. Əgər öz futbolumuzu oynaya bilsək, qələbə qazana bilərik".

Borgeş bildirib ki, yığmamızın futbolçuları artıq Avropanın böyük komandalarına qoşulurlar: “Bu onların işinin nə qədər dəyərli olduğunu göstərir. Bizdə isə Kika Nazaret “Barselona”da, Cessika Silva, Ana Seişa Meksika liqasında oynayır. Bu, Portuqaliya futbolunun gücünü göstərir”.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı saat 16:00-da start götürəcək. Görüş “Dalğa Arena”da keçiriləcək.

İdman.biz

Məqalədə: