Afrikanın ən yaxşısı kim olacaq?

Xəbərlər
25 Oktyabr 2024 13:15
51
Afrikanın ən yaxşısı kim olacaq?

Afrikanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

İdman.biz xəbər verir ki, mükafata 10 iddiaçı var.

Bunlar Amin Quiri, Edmond Tapsoba, Simon Adinqra, Şansel Mbemba, Sehru Qirassi, Əşrəf Hakimi, Sofyan Rahimi, Ademola Lukman, Uilyam Ekonq və Ronven Uilyamsdır. 2024-cü ilin ən yaxşısı dekabrın 16-da Mərakeşdə keçiriləcək mükafatlandırmada bəlli olacaq.

Qeyd edək ki, səsvermə zamanı namizədlərin ilin ilk 10 ayındakı çıxışları nəzərə alınacaq.

İdman.biz

Məqalədə: