“Sumqayıt” özbək futbolçu ilə müqavilə imzalayıb

Xəbərlər
25 Oktyabr 2024 14:33
165
“Sumqayıt” özbək futbolçu ilə müqavilə imzalayıb

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

İdman.biz xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi özbəkistanlı Cəsurbek Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

Son olaraq Fərqanə “Neftçi”sində çıxış etmiş 22 yaşlı yarımmüdafiəçi “Sumqayıt”da 77 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında oynayıb. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.

İdman.biz